Kavani - "Atletiko" münasibətlərinə aydınlıq gətirildi

PSJ-nin hücumçusu Edinson Kavaninin "Atletiko"ya keçidi alınmayacaq.

Sportline.az xəbər verir ki, tərəflər ortaq məxrəcə gələ bilməyiblər.

La Liqa klubunun təklifi ilə 33 yaşlı forvardın tələbləri üst-üstə düşmədiyindən, danışıq dayandırılıb. Xüsusən də, müqavilənin müddəti ilə bağlı fikir ayrılığı yaranıb. Hazırda Kavaninin xidmətində maraqlı olan yeganə komanda "Boka Xuniors"dur.

Qeyd edək ki, Kavaninin PSJ ilə müqaviləsi mövsümün sonunda bitir.