Keçmiş "Liverpul"lu qızı ilə birlikdə faciədən yan keçdi

"Liverpul"un norveçli sabiq futbolçusu Con Arne Rize və qızı maşın qəzasına düşüblər.

Sportline.az xəbər verir ki, veteran müdafiəçisi ölkəsindəki Alesund qəsəbəsinin bir neçə kilometr şərqində yerləşən evinə gedərkən qəzaya uğrayıb.

Norveç polisi sabiq futbolçu və qızının yaxşı durumda olduğunu açıqlayıb. Onlar xəstəxanadan buraxılıblar.

39 yaşlı keçmiş oyunçunun maşını yararsız vəziyyətə düşüb.