"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

"Kəpəz" klubu iki futbolçusu ilə yolları ayırıb.

Bu barədə Sportline.az-a Gəncə təmsilçisindən bildirilib.

Polşalı qapıçı Kaçper Rosa və portuqaliyalı müdafiəçi Pedru Qomeşlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, hər iki futbolçu bölgə klubuna mövsümün əvvəlində cəlb olunmuşdu.

Banner