“Kəpəz” hesabı açdı
Misli Premyer Liqasında 15-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.
Əvəlcə "Kəpəz" "Qəbələ"ni qəbul edir. Yevlax şəhər stadionunda keçiriləcək matç saat 14:00-da başlayıb. Bu komandaların ilk dövrədəki oyununda "Qəbələ" "Kəpəz"ə 3 cavabsız qolla qalib gəlib.
Günün digər oyununda isə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək. "Azərsun Arena"da keçiriləcək görüş saat 17:30-da start götürəcək. Komandaların ilk dövrədəki oyununda "Qarabağ" rəqibini darmadağın edib - 5:0.
14 dekabr (bazar)
14:00. “Kəpəz” – “Qəbələ” - 1:0 (İkinci hissə)
Qol: Ryonosuke Ohori, 54
Qırmızı vərəqə: İbrahim Sanqare, 38 ("Qəbələ")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Emin Əliyev
Yevlax şəhər stadionu
17:30. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
“Azersun Arena”
13 dekabr (şənbə)
“Turan Tovuz” - “Sabah” - 1:3
“Şamaxı” - “Zirə” - 2:1
15 dekabr (bazar ertəsi)
14:00. “İmişli” - “Karvan-Yevlax”
19:00. “Neftçi” - “Sumqayıt”