Klub prezidenti: "Klubumuzun pulu qurtaracaq"

İngiltərə Premyer Liqa təmsilçsisi “Bernli”nin sahibi Mayk Qarlik klubunun gələcəyi ilə bağlı bədbin proqnoz verib.

Sportline.az xəbər verir ki, o, “Sky Sports”a müsahibəsində maliyyə durumlarının getdikcə ağırlaşacağını söyləyib:

“Əgər avqusta qədər hazırkı mövsümü bərpa etməsək və yeni mövsümün nə vaxt başlayacağını müəyyənləşdirməsək, klubumuzun pulu qurtaracaq. Digər klubların maliyyə vəziyyəti haqda danışa bilmərəm, amma bizdə durum belədir. Biz çempionatın başa çatdırımasına səs vermişik. Görünən budur ki, çempionat nə qədər tez başlasa, hamı üçün bir o qədər yaxşı olacaq”.