Bu gün klublararası dünya çempionatında yarımfinal mərhələsinə start verilir
Bu gün ABŞ-də keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsinə start veriləcək.
Sportline.az xəbər verir ki, ilk oyunda UEFA Konfrans Liqasının qalibi olan İngiltərənin "Çelsi" Braziliya "Fluminense"si ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Qeyd edək ki, yarımfinalın digər matçında "Real"la PSJ qarşılaşacaq.
BU oyun iyulun 9-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.