Panamalı qapıçı Azərbaycan klubunun hədəfində

Türkiyənin I Liqasında çıxış edən "Boluspor"un panamalı qapıçısı Orlondo Moskera Azərbaycandan təklif alıb. 
 
Sportline.az ajansspor.com-a istinadən xəbər verir ki, bunu futbolçunun meneceri Tekin Birinci bildirib. 
 
O, 26 yaşlı qapıçı ilə adını çəkmədiyi bir Azərbaycan kubunun maraqandığını deyib: "Mən də hazırda futbolla bağlı danışılacaq bir durumun olmadığını söylədim".
 
Qeyd edək ki, Orlondo Moskeranın "Boluspor"la müqaviləsi mövsümün sonunda bitir. Sözləşməyə əsasən, klub istəsə, onunla müqaviləni uzada bilər.