Konor Makqreqordan 60 min avroluq mərc

Məşhur irlandiyalı döyüş ustası Konor Makqreqor Avropa çempionatı ilə bağlı maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, UFC-nin sabiq çempionu yarışın bombardirinin Kriştianu Ronaldu olacağını deyib.

"Bombardir Ronaldu olacaq. 60 min mərc edirəm", - deyə Konor sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Ronaldu ötən gecə Çexiya millisi ilə oyunda fərqlənə bilməyib.