Koronavirus: "Marsel"in keçmiş sahibi də öldü

Fransa "Marsel"inin keçmiş prezidenti Pape Diuf 68 yaşında koronavirusdan dünyasını dəyişib.

Sportline.az "La Provence" nəşrinə istinadən xəbər verir ki, Diuf martın 30-da Seneqalın paytaxtı Dakardakı xəstəxanalardan birinə ağır vəziyyətdə çatdırılıb. Lakin tibbi yardım nəticə verməyib.

Qeyd edək ki, Pape Diuf 2005 - 2009-cu illərdə "Marsel"in prezidenti postunu tutub. Seneqallı funksioner idman jurnalisti və futbol agenti kimi də çalışıb.