Koronavirusa görə oyunlar təxirə salınır

İtaliya hökuməti koronavirus təhlükəsi ilə əlaqədar martın 8-nə kimi  bütün idman yarışlarının dayandırılması barədə qərar verib.

Sportline.az xəbər verir ki, buna görə, A seriyasının 27-ci turunun həftə sonuna nəzərdə tutulan “Atalanta” – “Latsio”, “Bolonya” – “Yuventus”, “İnter” – “Sassuolo” və “Verona” – “Napoli” görüşləri ya təxirə salınacaq, ya da azarkeşlərsiz keçiriləcək.

Qeyd edək ki, İtaliyanın bir çox klubu oyunların təxirə salınmasına qarşı çıxıblar.

Bununla əlaqədar, martın 4-də A seriyası klublarının Romada təcili toplantısı olacaq.