Koronavirusa yoluxan federasiya prezidentindən şad xəbər

Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza koronavirusdan xilas olub.

Sportline.az xəbər verir ki, federasiyanın həkimlər komissiyasının rəhbəri Milko Ristiç rəhbərin sağaldığını və evə buraxılacağını deyib.

42 yaşlı funksioner martın 13-ü COVID-19-a yoluxmuşdu.