Koronavirusun İran çempionatlarına təsiri

İranda koronavirus səbəbindən futbol matçları təxirə salınıb.

Sportline.az IRNA-ya istinadən xəbər verir ki, 1,2 və 3-cü liqalarda oyunların martın 20-dək təxirə salınmasına qərar verilib.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92, virus daşıyıcılarının sayı 2 922 nəfərə çatdığını açıqlayıb.