Koronavirusun olmadığı bu ölkədə Superkubokun qalibi bəlli oldu

Tacikistanda bu gün futbol bərpa olunub.

Sportline.az xəbər verir ki, ölkədə Superkubok oyunu keçirilib. Həlledici matçda “İstiklol”la “Xudcan”  üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn "İstiklol" fəxri mükafatın sahibi olub.

Xatırladaq ki, Tacikistanda koronavirusa yoluxma hadisəsi qeydə alınmayıb. Buna baxmayaraq, oyun boş tribunalar önündə keçirilib.