Koronavirusun Premyer Liqaya təsiri

Koronavirus pandemiyasına görə İngiltərə Premyer Liqası davam etdirilməsə, klublar 1137 milyard funt itirəcək.

Sportline.az “The Telegraph”a istinadən xəbər verir ki, artıq bu barədə bütün futbolçular məlumatlandırılıb. Təkcə teleyayımdan itirilən məbləğ 762 milyon təşkil edəcək. Bununla bağlı  Premyer Liqanın nümayəndəsi klub rəsmiləri ilə keçirilən videokonfrans zamanı məlumat verib.

Klublara təklif olunub ki, futbolçuların maaşı azı 30 faiz həcmində azaldılsın. Bu halda büdcəyə 570 milyon avro qanaət edilmiş olacaq. Məlumata görə, futbolçular bu təklifə baxmağa hazırdırlar.