Koutinyodan nümunəvi addım

"Bavariya"nın futbolçusu Filipp Koutinyo koronavirusla mübarizə kampaniyasında iştirak edib.

Sportline.az Almaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ölkəsinin Rio-de-Janeyro şəhərinin insanlarına 20 ton humanitar yardım edib.

Paylanılacaq paketlərdə ərzaq və gigiyenik məhsullar yer alıb.