Koxalski "Qarabağ"la bağlı qərar verib
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski gələcək karyerası ilə bağlı məsələyə aydınlıq gətirib.
Sportline.az xəbər verir ki, polşalı qolkiper "Qarabağ"da çıxışını davam etdirmək qərarına gəlib.
UEFA Çempionlar Liqasında göstərdiyi oyunla qitənin bir neçə klubunun diqqət mərkəzinə düşən futbolçu üstünlüyü Azərbaycan çempionuna verib.
Mateuşun qərarını klub rəhbərliyinə çatdırdığı bildirilir.
Qeyd edək ki, 25 yaşlı qapıçının “Qarabağ”la 2027-ci il iyunun 30-dək müqaviləsi var.
O, 2024-cü il avqust ayından "atlılar"ın formasını geyinir.