Kramariç üçün əlamətdar hadisə
Xorvatiya millisinin hücumçusu Andrey Kramariç maraqlı göstəriciyə imza atıb.
Sportline.az xəbər verir ki, o, doğum günündə qol vurmaqla özünə hədiyyə edib.
Futbolçu Avropa çempionatının qrup mərhələsinin ikinci turunda Albaniyanın qapısına yol tapıb.
Qeyd edək ki, qələbəyə yaxın olan Xorvatiya millisi əlavə olunmuş 5-ci dəqiqədə buraxılan topla oyundan 2-2 hesablı bərabərliklə ayrılıb.