"Kristal Pelas" italiyalı futbolçunu heyətinə qatmaq istəyir
"Milan"dan azad agent kimi ayrılan italiyalı futbolçu Davide Kalabriya karyerasını "Kristal Pelas"da davam etdirməyə yaxındır.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Kalabriyanın meneceri ilə danışıqlar aparır.
28 yaşlı sağ cinah müdafiəçisinin dəyəri 5 milyon avrodur.
Qeyd edək ki, Kalabriya ötən mövsümü "Bolonya"da icarə əsasında keçirib.