Kurtuanın son durumu açıqlandı

"Real"ın qapıçısı Tibo Kurtua zədələnib.

Sportline.az xəbər verir ki, belçikalı qolkiper sol ayağının əzələsindən xəsarət alıb.

Bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.

Onun bərpasına nə qədər vaxt gedəcəyi tam məlum deyil.

Qeyd edək ki, futbolçu UEFA Çempionlar Liqasında "Borussiya"ya qarşı oyunda zədələnib.

Həmin qarşılaşmada Kurtua qapısında iki top görsə də, fasilədən sonra geridönüş edən "Real" 5-2 hesablı qələbə qazanıb.