La Liqa: 21-ci tura yekun vuruldu

İspaniya "La Liqa"sında 21-ci turun görüşləri başa çatıb. SportLine.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib. 

Autsayderlər - "Levante" və "Las Palmas"ın qarşıdurması gərgin anlarla yadda qalıb. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

25 yanvar 2016
"La Liqa", 21-ci tur


"Levante" - "Las Palmas" - 3:2
QOLLAR:
Luis Morales, 25 (1:0); Deyverson, 47 (2:0); Villian Xose, 49 (2:1); Luis Morales, 63 (3:1); Villian Xose, 66 (3:2)