La Liqa ilə bağlı son qərar

İspaniyanın Səhiyyə Naziri Salvador İlya ölkədə futbol liqalarının bərpa edilib-edilməyəcəyi ilə bağlı danışıb.

Sportline.az xəbər verir ki, nazir La Liqa və Sequndanın bərpa ediləcəyinə tam əmin olmadığını deyib:

"Futbol liqalarını yaydan əvvəl bərpa edəcəyimizi deyə bilmərəm. İndiki durumda dəqiq söz desəm, mənim üçün ehtiyatsız qərar olar. Virusun hansı yolla getdiyini izləməliyik".

PFL-in prezidenti Xavyer Tebas mayın 28-dən sonra çempionatı davam etdirmək ehtimalının olduğunu demişdi.