La Liqada mövsüm ləğv oluna bilər

İspaniya La Liqasının rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış mövsümün bərpası üçün bir neçə variant üzərində işləyir.

Sportline.az “Marca”ya istinadən xəbər verir ki, çempionatın aprelin sonu, mayın əvvəlində bərpa olunma ehtimalı azdır.

Bildirilib ki, La Liqa 27 iyuna kimi başlamasa, çox güman ki, 2019/2020 mövsümü ləğv ediləcək.

Qeyd edək ki, İspaniya çempionatı martın 12-də koronavirusa görə dayandırılıb.