Levandovskidən mükəmməl statistika

“Barselona”nın 36 yaşlı hüçumçusu Robert Levandovski bu mövsüm mükəmməl çıxışını davam etdirir.

Sportline.az “CentreGoals” nəşrinə istinadən xəbər verir ki, polşalı hüçumçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 15 qol və 2 asistlə yadda qalıb.

Levandosvki “Barselona” tarixində 36 yaşında bu statistikanı əldə edən ilk futbolçu olub.

Qeyd edək ki, Levandovski 2022-ci ildən etibarən “Barselona”da çıxış edir.