Libertadores kuboku da "təslim oldu"

Cənubi Amerika klubarının yarışdığı Libertadores kuboku dayandırılıb.

Sportline.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.

Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə turnir mayın 5-nə qədər təxirə salınıb.

Qeyd edək ki, Libertadores kubokunda qrup mərhələsinin 2 turu arxada qalıb.