"Lids Yunayted" "Milan"a 20 milyon avro təklif edib

"Lids Yunayted"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az jurnalist Matteo Morettonun məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu "Milan"ın futbolçusu Noah Okaforu heyətinə qatmaq istəyir.

"Lids"in rəhbərliyi 25 yaşlı futbolçu üçün qarşı tərəfə 20 milyon avro təklif edib.

Qeyd edək ki, isvreçrəli futbolçu bu təklifə müsbət yanaşır.

Lakin son qərarı "Milan"ın rəhbərliyi verəcək.