"Lion" "Marsel"lə bacarmadı

Fransa "I Liqa"sında 22-ci turun görüşləri yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib.

Əzəli rəqiblər - "Lion" və "Marsel"in qarşıdurması gərgin anlarla yadda qalıb. Matç heç-heçə ilə yekunlaşıb - 1:1.

25 yanvar 2016
"I Liqa", 22-ci tur


"Lion" - "Marsel" - 1:1
QOLLAR:
Remi Kabella, 64 (0:1); Sorentin Tolisso, 79 (1:1)