Lionel Messi 1 milyon avro maddi yardım ayırdı

“Barselona”nın ulduz futbolçusu Lionel Messi daha bir nümunəvi addımı ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, argentinalı oyunçu həm öz ölkəsində, həm də Barselona şəhərində koronavirusa qarşı mübarizə məqsədilə maddi yardım ayırıb. Onun xeyriyyə səbəbilə ümumilikdə 1 milyon avro xərclədiyi deyilir. Barselona şəhər klinikası Messiyə bu addıma görə təşəkkür edib.