Liqanın bombardiri "Napoli"nin hədəfində

İtaliyanın “Napoli” klubu hücumçu axtarışlarını davam etdirir.

Sportline.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, Neapol təmsilçisinin namizədlərindən biri Türkiyə “Trabzonspor”unda çıxış edən Aleksander Sörlotdur.

24 yaşlı forvard müqavilə ilə İngiltərə “Kristal Pelas”ına məxsusdur. Lakin o, 2021-ci ilin yayınadək Türkiyə təmsilçisinə icarəyə verilib.

Qeyd edək ki, Aleksander Sörlot bu mövsüm 39 oyuna 25 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, 19 qolla Türkiyə Super Liqasının bombardiridir. Hücumçunun “Kristal Pelas”la sözləşməsi 2022-ci ilin yayında bitir.