“Liverpul” “Barselona”nın futbolçusuna göz qoydu
Fransa millisinin müdafiəçisi Jül Kunde yenidən "Liverpul" klubu ilə əlaqələndirilir.
Sportline.az xəbər verir ki, "Barselona"nın 27 yaşlı futbolçusu üçün 80 milyon avro tələb oluna bilər.
Kunde 2022-ci ildə "Sevilya"dan Kataloniya klubuna transfer olunub və onun müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.