"Liverpul"u 4 nəfər tərk edəcək

“Liverpul”un yayda yollarını ayıracağı futbolçular müəyyənləşib.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi müdafiəçilər Nataniel Klayn, Deyan Lovren, həmçinin yarımmüdafiəçilər Adam Lallana, Cerdan Şakirini satacaqlar.

Qeyd edək ki, hazırda “Liverpul” 82 xalla turnir cədvəlinə başçılıq edir.