"Liverpul"un əfsanəsinin arvadı xəstəliyə yoluxdu

“Liverpul”un əfsanəvi futbolçusu Ceymi Karragerin həyat yoldaşı koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu barədə İngiltərə millisinin sabiq üzvü “The Mirror” nəşrinə açıqlamasında deyib.

Karrager, həyat yoldaşı Nikolanın koronavirus testinin müsbət çıxdığını və hazırda durumunun normal olduğunu bildirib.