"Liverpul"un ilk məğlubiyyəti

İngiltərə Premyer Liqasında 28-ci turun görüşləri keçirilir.

Sportline.az xəbər verir ki, lider "Liverpul" səfərdə "Uotford"a 0:3 hesabı ilə uduzub. Bu, "qırmızılar"In bu mövsüm çempionatda ilk məğlubiyyəti olub.

"Liverpul" 79 xalla yarış cədvəlinə başçılıq edir. 27 xalı olan "Uotford" 17-ci sırada qərarlaşıb.

"Uotford" - "Liverpul" - 3:0

Qollar: İsmailia Sarr, 54, 60, Troy Dini, 72