Luiz Diaz "Bavariya" yolunda
"Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz "Bavariya" klubuna transfer olacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.
28 yaşlı sol cinah vingerinin transfer qiyməti 85 milyon avrodur.
Qeyd edək ki, Luiz Diaz 2022-ci ilin yanvar ayından etibarən "Liverpul"da çıxış edir.
O, ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 50 matçda 17 qol 5 asistlə yadda qalıb.