Lukasın zədəsi ağır oldu

"Arsenal"ın futbolçusu Lukas Torreyra üçün mövsüm erkən başa çatıb.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə kubokunun 1/8 finalında "Portsmut"la matçda (2:0) zədələnən oyunçunun sağ ayaq biləyində sınıq aşkarlanıb. 24 yaşlı yarımmüdafiəçinin 8-10 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu da Lukas Torreyra üçün mövsümün başa çatması sayılır.

Qeyd edək ki, L.Torreyra bu mövsüm 33 oyuna çıxaraq 2 qol vurub.