Lunyovdan uğursuz start

Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunlarında üçüncü yarış gününə start verilib.

Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ilk olaraq, kişilərin 10 m məsafəyə pnevmatik tapança ilə atəş açma növündə Ruslan Lunyov çıxış edib.

İmdançımız 574 xalla 20-ci yeri tutaraq ilk 8-likdən kənarda qalıb. Finala yüksələ bilməyən Lunyov mübarizəni dayandırıb.

Bu gün qadınların yarışında Nigar Nəsirova pnevmatik tapançadan 10 metr məsafəyə atəş açacaq.