Mahir Emreli "Şalke 04" ilə oyunda qol vurmaq istəyir

Almaniyanın "Kayzerslautern" klubuna keçən Azərbaycan millisinin futbolçusu Mahir Emreli II Bundesliqanın "Şalke 04" ilə oyununda qol vurmaq istəyir.

Sportline.az xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə "Bild"ə açıqlama verib.

Forvard növbəti qarşılaşmada koordinasiya və komanda ruhunun daha yaxşı olacağına ümid edir:

"Mövsümün bizim üçün uğurlu keçəcəyinə və üst pillələr uğrunda rəqabət apara biləcəyimizə inanıram".

Qeyd edək ki, "Kayzerslautern" II Bundesliqanın ilk turunda "Hannover"ə 0:1 hesabı ilə uduzub. Görüşə ilk "11-lik"də başlayan Emreli 65-ci dəqiqədə əvəzlənib. Komanda avqustun 9-da, Bakı vaxtı ilə saat 22:30-da "Şalke 04" klubunu qəbul edəcək.