Mahir Emreli üçün növbəti sınaq

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Kayzerslautern" Almaniya kubokunda mübarizəyə başlayır.

Sportline.az xəbər verir ki, komanda bu gün 1-ci mərhələdə 5-ci liqa təmsilçisi "Ayntraxt 1949"un qonağı olacaq.

Oyun Bakı vaxtı ilə 17:30-da başlanacaq.

Qeyd edək ki, "Kayzerslautern" 1990 və 1996-cı illərdə  Almaniya kubokunu qazanıb.