Maks Kruze zədələndi

“Fənərbağça” ciddi itkiylə üzləşib.

Sportline.az "Fanatik"ə istinadən xəbər verir ki, Superliqa təmsilçisinin futbolçusu Maks Kruze zədələnib.

Superliqanın 25-ci turunun “Dənizlispor”la matçının (2:2) 31-ci dəqiqəsində zədələnərək, meydanı tərk edən alman yarımmüdafiəçinin bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.