Maldini İbrahimoviçdən danışdı
“Milan”ın texniki direktoru Paolo Maldini Zlatan İbrahimoviçin müqaviləsi ilə bağlı açıqlama verib.
Sportline.az İtaliya mətbuatına istinadən yazır ki, o deyib:
“Onunla müqavilənin müddəti yarım ildir. Amma orada belə bir bənd var ki, əgər komanda Çempionlar Liqasına düşsə, müqavilənin müddəti avtomatik uzadılır. Əks halda biz yenidən danışıqlar masasına əyləşəcəyik”.