"Mançester Siti" 70 milyon avroluq təklifi rədd edib

"Tottenhem" brazilyalı futbolçu Savinyo üçün "Mançester Siti"yə 2-ci rəsmi təklif göndərib.

Sportline.az xəbər verir ki, London klubu bu keçid üçün 70 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Lakin "Mançester Siti"nin rəhbərliyi bu təklifi rədd edib.

Bu haqda jurnalist Eduardo Burqos öz "X" hesabında paylaşım edib.