"Mançester Siti" - "Arsenal" görüşü ilə bağlı qərar

İngiltərə Premyer Liqasının bu gün keçiriləməli olan “Mançester Siti” – “Arsenal” görüşü yenə təxirə salınıb.

Sportline.az xəbər verir ki, xəbər verir ki, klublar “Olimpiakos”un sahibi Evenqelos Marinakisin koronavirusa yoluxmasından sonra bu qərara gəliblər.

13 gün əvvəl yunan klubu Avropa Liqasında “Arsenal”la qarşılaşıb. “Emireyts” stadionunda keçirilən oyun zamanı Marinakis London klubunun bəzi oyunçuları və nümayəndələri ilə görüşüb.  “Mançester Siti” və “Arsenal” rəsmiləri mümkün riskin qarşısını almaq üçün matçın təxirə salınmasına qərar veriblər.

Qeyd edək ki, bu qərar Premyer Liqanın digər oyunlarına şamil olunmur.