"Mançester Siti" finalda
İngiltərə "Liqa Kuboku"nda yarımfinal mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, sonuncu oyunda "Mançester Siti" "Everton"u qəbul edib.
Görüş "şəhərlilər"in qələbəsi ilə yekunlaşıb - 3:1. Bununla da həll edici matçda iştirak etmək hüququ qazanan Manuel Pellqrininin yetirmələri "Liverpul"a rəqib olub.
27 yanvar 2016
"Liqa Kuboku", 1/2 final (Cavab oyunu)
"Mançester Siti" - "Everton" - 3:1
Qollar: Ross Barkley, 18 (0:1), Fernandinyo, 24 (1:1), Kevin de Bruyne, 70 (2:1), Serxio Aquero, 77 (3:1)