"Mançester Siti" kuboku qazandı

İngiltərə Liqa kubokunun final oyunu keçirilib.

Sportline.az xəbər verir ki, həlledici oyunda “Mançester Siti” ilə “Aston Villa”  qarşılaşıb.

Londonun “Uembli” stadionunda keçirilən matçda “Mançester Siti” 2:1 hesablı qələbə ilə mükafata sahib çıxıb.

“Mançester Siti” ardıcıl 3-cü dəfə Liqa kubokunun qalibi olur. Bütövlükdə isə “şəhərlilər” 7-ci dəfədir bu turnirin ən güclüsü adını qazanırlar.

"Aston Villa" – "Mançester Siti" - 1:2
Qollar: Aquero, 20 (0:1), Rodri, 30 (0:2),  Samatta, 41 (1:2)