"Mançester Yunayted" Adam Vartonu transfer etmək istəyir
"Mançester Yunayted" "Kristal Pelas"ın ingiltərəli futbolçusu Adam Vartonu heyətinə qatmağı planlaşdırır.
Sportline.az jurnalist Aleks Krokun məlumatına istinadən xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfdən ən azı 40 milyon avro tələb edir.
21 yaşlı yarımmüdafiəçinin klubla sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, A.Varton bu mövsüm meydana çıxdığı 2 matçda 1 asistlə yadda qalıb.