"Mançester Yunayted"dən 44 milyon avroluq transfer

"Atalanta"nın brazilyalı futbolçusu Ederson bu yay klubdan ayrıla bilər.

Sportline.az "Goal" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" Edersonu transfer etmək üçün hərəkətə keçib.

26 yaşlı yarımmüdafiəçinin İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Ederson üçün "Atalanta" 44 milyon avro tələb edir.