"Mançester Yunayted"dən 50 milyon avroluq transfer

"Sportinq"in danimarkalı futbolçusu Morten Hyulmand karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Sun Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" 26 yaşlı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır.

Hyulmanddın Lissabon klubu ilə sözləşməsi 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, bu transferi baş məşqçi Ruben Amorim rəhbərliktən istəyib.