"Mançester Yunayted"dən "Beşiktaş"a doğru
"Mançester Yunayted"in niderlandlı sol cinah müdafiəçisi Tayrel Malasiya "Beşiktaş"ın transfer gündəmindədir.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, İstanbul klubu oyunçunun meneceri ilə təmas halındadır.
26 yaşlı futbolçu karyerası ərzində meydana çıxdığı 260 matçda 7 qol 12 asist müəllifi olub.
Qeyd edək ki, T.Malasiyanın dəyəri "Transfermarkt" portalına görə, 8 milyon avrodur.