Mançini: "Çempion ola bilərik"

İtaliya millisinin baş məşqçisi Roberto Mançini koronavirus pandemiyası haqda danışıb.

Sportline.az  xəbər verir ki, o,  yerli mətbuata açıqlamasında Avro-2020-nin təxirə salınıb-salınmayacağıyla bağlı da fikirlərini bildirib:

“A Seriyası yenidən başlasa, əvvəlki formaya qayıtmaq üçün futbolçulara 10 gün və ya iki həftə vaxt lazım olacaq. Bizim İtaliyada 15 gündə yaşadıqlarımızı indi başqa ölkələr yaşayacaq. Qərarın necə olacağını bilmirəm, ancaq Avro-2020-dən daha vacib şeylər var.

Hər kəsin sağlamlığının yerində olması, hamımızın stadionlara rahat gedə bilməyimiz vacibdir. Avro-2020 bir il sonraya ertələnsə də, çempion ola bilərik”.