"Marafon Futsal" və "Uğur" darmadağınla finalda
Futzal üzrə ölkə kubokunda yarımfinal oyunları keçirilib.
SportLine.az xəbər verir ki, günün ilk oyununda Yüksək Liqanın gümüş medalçısı "Marafon Futsal” Birinci Liqanın qalibi "Hell Energy”ni 11:0 hesabı ilə məğlub edib.
Digər oyunda isə "Uğur” "Yasamal-2”ni 15 cavabsız topla üstələyib. Beləliklə, həlledici oyunda "Marafon Futsal” və "Uğur” qarşılaşacaq.
17 may 2018
Futzal, Azərbaycan kuboku
Yarımfinal
"Uğur” FK – "Yasamal-2” 15:0
"Hell Energy” – "Marafon Futsal” (0:7) 0:11