"Fənərbağça" 18 ildən sonra ÇL-in əsas mərhələsində

Türkiyənin "Fənərbaxça" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransada "Lion"a 2:1 hesabı ilə qalib gəlib.

“Lion” (Fransa) – “Fənərbaxça” (Türkiyə) - 1:2

Qollar: Vedat Muriqi, 24 (0:1), Arçi Braun, 28 (0:2), Malki Fofana, 61 (1:2)
İlk oyun – 1:1

Komandaların Türkiyədəki ilk oyununda 1:1 hesabı qeyə alınmışdı.

Beləliklə, İsmayıl Kartalın komandası ÇL-in Liqa mərhələsinə yüksəlib. İstabul təmsilçisi sonuncu dəfə 2008/09 mövsümündə Çempionlar Liqasının əsas mərhələsində çıxış etmişdi.